Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları III Dünya Köçəri Oyunlarıdan 6 medalla Vətənə döndülər (ATV-nin reportajı – 09.09.2018)

2018-ci ilin sentyabr ayının 8-də Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən 3-cü Dünya Köçəri Oyunları başa çatdı. Sentyabrın 9-da bu mötəbər beynəlxalq idman tədbirində Azərbaycanı təmsil edən idmançılar artıq Vətənə döndülər. Həmin gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında möhtəşəm qarşılanma mərasimi

Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları Dünya Köçəri Oyunlarında (World Nomad Games) 6 medal əldə ediblər

 Artıq xəbər verdiyimiz kimi, 2018-ci ilin sentyabr ayının 2-dən 8-dək Qırğızıstanın Çolpan-Ata şəhərində növbəti Dünya Köçəri Oyunları (World Nomad Games) keçirilir. Bu möhtəşəm beynəlxalq idman tədbirində Azərbaycan idmançıları da çoxsaylı heyətlə iştirak edirlər. O cümlədən, Dünya Köçəri Oyunlarının proqramına daxil

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət,

Dövlət başçısı: “Türkiyə Qarabağ məsələsində daim Azərbaycana dəstək verir”

APA-nın məlumatına görə, bunu iyul ayının 10-da Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan

Türkiyə prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

İyul ayının 10-da Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. APA-nın xəbərinə görə, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət

Azərbaycan Qol Güləşi Federasiyasının bir qrup məşqçi və idmançıları İctimai Televiziyanın efirində yayımlanan “Yeni Gün” verilişində iştirak etmişlər /30.06.2018/.

/30.06.2018/

Qol güləşi üzrə XXVIII Avropa çempionatında 12 medal əldə edən idmançılarımız Vətənə geri döndülər

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında baş tutmtş qarşılama mərasimi  

Qol güləşi üzrə XXVIII Avropa çempionatı başa çatdı

Artıq xəbər verildiyi kimi, 26 may – 03 iyun 2018-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Qol güləşi üzrə XXVIII Avropa çempionatı keçirilib. Bu çempionatda müxtəlif çəki və yaş dərəcələrində 13 idmançı ilə təmsil olunan Azərbaycan milli yığma komandası 2-si

Heydər Əliyev – 95

Artıq xəbər verdiyimiz kimi, 2018-ci il may ayının 5-i və 6-da keçirilmiş qol güləşi üzrə Ölkə çempionatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuşdu. Bu çempionatdan ATV kanalı tərəfindən hazırlanmış tele-reportajı sizlərə təqdim edirik.

Qol güləşi üzrə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş Ölkə çempionatı keçirildi

2018-ci il may ayının 5-i və 6-sı tarixlərində Qol güləşi idman növü üzrə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş Ölkə çempionatı keçirilmişdir. Bu çempionatda Respublikamızın 30-dan artıq bölgəsini təmsil edən 200 nəfərə yaxın idmançı iştirak etmişdir.

Minabəddin Qurbanovun dəfn mərasimindən hazırlanmış xüsusi video-reportaj

06 aprel 2018-ci il tarixində ATV kanalının efirində Qol güləşi üzrə 14 qat dünya və 14 qat Avropa çempionu, “Qafqaz pələngi” ləqəbi ilə tanınan Minabəddin Qurbanovun dəfn mərasimindən hazırlanmış xüsusi video-reportaj yayımlanmışdır. Həmin reportajı sizlərə təqdim edirik.

BÖYÜK İDMANÇININ DƏFN MƏRASİMİ

 Artıq xəbər verildiyi kimi, 02 aprel 2018-ci il tarixində, Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, qol güləşi üzrə 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov ömrünün 62-ci ilinin tamamında dünyasını dəyişmişdir. Aprel ayının 3-də Minabəddin Qurbanovun dəfn mərasimi

Minabəddin Qurbanov sabah dəfn olunacaq

Minabəddin Qurbanovun dəfn mərasimi sabah, 03 aprel 2018-ci il tarixində mərhumun yaşadığı Xaçmaz rayonu, Yalama kəndində, saat 14:00-da keçiriləcək. Mərasimdə iştirak etmək istəyənlərin daşınması üçün AQGF prezidenti Cəsarət Əhmədov tərəfindən xüsusi avtobuslar sifariş olunub. Ölkəmizin ən titullu idmançısının dəfn mərasimində

Azərbaycan idmanına ağır itki üz verib!

Bu gün, 02 aprel 2018-ci il tarixində, Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, qol güləşi üzrə 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov dünyasını dəyişib.     Minabəddin Ziyaddin oğlu Qurbanov 1956-cı ildə, aprel ayının 4-də Xaçmaz rayonunun

Qol Güləşi üzrə IX Ölkə Birinciliyinə dair əlavə məlumat

Diqqət, diqqət! Artıq xəbər verildiyi kimi, 03-04 mart 2018-ci il tarixlərində Qol güləşi üzrə Ölkə Birinciliyi yarışı keçiriləcəkdir. Bütün idmançıların və AQGF üzvlüyünə qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş şəxslərin nəzərinə çatdırırıq ki, 03 mart tarixində çəki və üzvlük

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun müraciəti

Əziz dostlar, hörmətli idmançılar və bütün qol güləşi həvəskarları! Diqqətinizə çatdırıram ki, 03-04 mart 2018-ci il tarixlərində Qol Güləşi üzrə IX Ölkə Birinciliyi yarışı keçiriləcək. Bütün idmançılarımızı bu Ölkə Birinciliyində iştirak etməyə dəvət edirəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki,

İlin son yarışı keçirildi

Artıq xəbər verildiyi kimi, 24 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş, Qol güləşi üzrə Ölkə Kuboku yarışı keçirilmişdir. Həmin yarışdan “Space” və ATV telekanallarının hazırladıqları videoreportajları sizlərə təqdim edirik.  

Diqqət!!!

Dekabr ayının 24-də keçirilmiş Qol Güləşi üzrə Ölkə Kuboku yarışından hazırlanmış reportajı bu gün (25.12.2017) saat 15:00-da “Xəzər” TV-nin efirində,saat 18:00-da və 21:00-da İdman Azərbaycan kanalında və saat 21:05-də “Space” kanalında yayımlanacaq İdman xəbərlərində izləməyi unutmayın!

Ölkə Prezidentini təbrik edirik!

      Hörmətli cənab Prezident! Sizi doğum gününüz və qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə öz adımdan və rəhbərlik etdiyim Azərbaycan Qol Güləşi Federasiyasının çoxsaylı üzvləri, kollektivi və bütün idmançılarımız adından səmimi qəlbdən təbrik edirəm!