Qol güləşi üzrə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş Ölkə çempionatı keçirildi

2018-ci il may ayının 5-i və 6-sı tarixlərində Qol güləşi idman növü üzrə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş Ölkə çempionatı keçirilmişdir. Bu çempionatda Respublikamızın 30-dan artıq bölgəsini təmsil edən 200 nəfərə yaxın idmançı iştirak etmişdir.
Çempionatın birinci günü, may ayının 5-də Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilk növbədə Fəxri Xiyabana yollanaraq, Ümummilli Liderin məzarını ziyarət etmişlər. Burada Ulu Öndərin ölməz xatirəsi bir daha anılmış, qəbri üstünə çiçəklər qoyulmuşdur. Həmçinin federasiya üzvləri və idmançılar görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmişlər.
May ayının 6-da çempionatın açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra, Cəsarət Əhmədov iştirakçılara müraciət edərək qısa nitq söyləmişdir. Öz çıxışında federasiya rəhbəri ilk növbədə bütün iştirakçıları bu möhtəşəm idman tədbiri ilə təbrik etmiş və hər kəsə uğurlar diləmişdir. Federasiya rəhbəri xüsusi olaraq vurğulamışdır ki, son vaxtlar əldə olunan uğur və nailiyyətlərin davamlı olması, ölkmizin daha da inkişaf etməsi üçün doğru olan yeganə yol hamının, xüsusilə də Azərbaycan gəncliyinin ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşməsidir. Cəsarət Əhmədov demişdir ki, güclü və çiçəklənən Azərbaycanın vətəndaşı olmaq üçün hər kəs dövlətçiliyimizə sədaqət prinsiplərini əldə rəhbər tutaraq, fəaliyyət göstərdiyi sahədə vicdanla, ləyaqətlə çalışmalıdır.
Sonda federasiya rəhbəri bir daha hakimlərə müraciət edərək, yarışın son dərəcə ədalətli keçirilməsi yönümündə öz tapşırıq və tövsiyyələrini vermişdir. Cəsarət Əhmədov belə bir fikri də qeyd etmişdir ki, insan hansı universiteti bitirməsindən, qərb və ya şərq təhsilli olmasından asılı olmayaraq, əgər onun daxilində iman yoxdursa, həmin insan heç zaman ədalətli qərarlar verə bilməz.
Bundan sonra bilavasitə yarışlara start verilmişdir. Gərgin mübarizə şəraitində keçən yarış sonluğunda bütün çəki kateqoriyalarında Azərbaycanın ən güclüləri müəyyən edilmişdir. Qaliblər diplom və medallarla təltif olunmuş, həmçinin qiymətli idman qidaları ilə mükafatlandırılmışlar.
Qeyd edək ki, Qol güləşi üzrə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş Ölkə çempionatının gedişində İdman Azərbaycan, ATV, Xəzər TV və Spase kanalları tərəfindən çəkilişlər aparılmış, xüsusi reportajlar hazırlanmışdır.

Yarışın nəticələrini təqdim edirik
SOL QOL

55 kq
1. Salehli Elvin – Abşeron-Saray
2. Qürbətov Elsevər – Binəqədi
3. Qarayev Cahid – Ağdam
60 kq
1. Ləzgiyev Şahmurad – Xaçmaz
2. Abdullayev Elman – Nəsimi
3. Əliyev Elşən – Abşeron-Saray
65 kq
1. Namazzadə Vilayət – Sumqayıt
2. İbrahimli Bəxtiyar – QGİK
3. Məmmədov Əli – Xaçmaz
70 kq
1. Musayev Orxan – Abşeron-Saray
2. Hasilov Fariz – Ağdam
3. Məmmədov Qismət – İsmayıllı
75 kq
1. Vəkilov Nemət – Qazax
2. İsmayılzadə Məhəmmədrəsul – Abşeron-Saray
3. Məmmədov Yusif – Abşeron-Saray
80 kq
1. Əmənli Hüseyn – QGİK
2. Əliyev Anar – Ağstafa
3. Mustafayev Murad – QGİK
85 kq
1. Əhliyətzadə Cavidan – Ağdam
2. İsmayılov Qurban – Qazax
3. Ələsgərov Özal – Sumqayıt
90 kq
1. Şükürov Sənan – Qəbələ
2. Hüseynov Arzuman – Qazax
3. Muradov Həbib – QGİK
100 kq
1. Əsgərov Kəbir – Qusar
2. Ağababayev Rafiq – Qusar
3. Hüseynov Nuru – Nəsimi
110 kq
1. Məhsimov Zöhrab – Sumqayıt
2. İsrafilov Rəşad – QGİK
3. Ağabalyev Xalid – Qusar
+110 kq
1. Qurbanov Kamran – Abşeron-Rauf İK
2. Sarıyev Ruslan – QGİK
3. Müzəffərov Tərxan – QGİK

SAĞ QOL

55 kq
1. Salehli Elvin – Abşeron-Saray
2. Qürbətov Elsevər – Binəqədi
3. İsgəndərov Nicat – İsmayıllı
60 kq
1. Ləzgiyev Şahmurad – Xaçmaz
2. Abdullayev Elman – Nəsimi
3. Bəkirov Sədulla – Oğuz
65 kq
1. İbrahimli Bəxtiyar – QGİK
2. Namazzadə Vilayət – Sumqayıt
3. Məmmədov Əli – Xaçmaz
70 kq
1. Hasilov Fariz – Ağdam
2. Mədətli Ceyhun – Qazax
3. Məmmədov Qismət – İsmayıllı
75 kq
1. Vəkilov Neymət – Qazax
2. İsmayılzadə Məhəmmədrəsul – Abşeron –Saray
3. Məmmədov Yusif – Abşeron-Saray
80 kq
1. Əmənli Hüseyn – QGİK
2. Ağayev Rövşən – Xaçmaz
3. Əliyev Anar – Ağstafa
85 kq
1. Əhliyətzadə Cavidan – Ağdam
2. İsmayılov Qurban – Qazax
3. Ələsgərov Özal – Sumqayır
90 kq
1. Babayev Samir – Abşeron-Saray
2. Şükürov Sənan – Qəbələ
3. Hüseynov Arzuman – Qazax
100 kq
1. Ağababayev Rafiq – Qusar
2. Hüseynov Nuru – Nəsimi
3. Əskərov Kəbir – Qusar
110 kq
1. İsrafilov Rəşad – QGİK
2. Ağababayev Xalid – Qusar
3. Mustafayev Tural – Tovuz
+110kq
1. Məhərrəmov Azər – QGİK
2. Qurbanov Kamran – Abşeron-Rauf İK
3. Müzəffərov Tərxan – QGİK

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir