Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları Dünya Köçəri Oyunlarında (World Nomad Games) 6 medal əldə ediblər

40593644_1030179247189037_4440862863984164864_n Artıq xəbər verdiyimiz kimi, 2018-ci ilin sentyabr ayının 2-dən 8-dək Qırğızıstanın Çolpan-Ata şəhərində növbəti Dünya Köçəri Oyunları (World Nomad Games) keçirilir. Bu möhtəşəm beynəlxalq idman tədbirində Azərbaycan idmançıları da çoxsaylı heyətlə iştirak edirlər. O cümlədən, Dünya Köçəri Oyunlarının proqramına daxil edilmiş qol güləşi idman növü üzrə keçirilən yarışlarda ölkəmizi Azərbaycan Qol Güləşi Federasiyasının dörd idmançısı təmsil etmişdir.

Bu gün, 03.09.2018-ci il tarixində qol güləşi üzrə yarışlar başa çatmış və idmançılarımız bu yarışda 2-si gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 6 medal əldə etmişlər. Sevindirici haldır ki, Qırğızıstana gedən idmançılarımızdan hər biri Vətənə medalla qayıdacaqdır. Aşağıda həmin idmançıların adlarını bir daha təqdim edirik:

  1. Zöhrab Məhsimov – 75 kq – sağ qol – III yer;
  2. Elsevər Xasıyev – 95 kq – sağ qol – III yer;
  3. Rəşad İsrafilov – 105 kq – sol qol – II yer; sağ qol – III yer;
  4. Rüstəm Qurbanov – (105+) kq– sol qol – II yer; sağ qol – III yer;

 

Bütün idmançılarımızı əldə olunmuş nailiyyətlər münasibətilə səmimi qəlbdən təbrik edirik!

40595135_1030179963855632_4114244615601651712_n 40604767_1030180173855611_5405249765451497472_n Elsevər Rəşad 2 Rəşad 3 Rüstəm 2 Rüstəm3 Zöhrab

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir