BÖYÜK İDMANÇININ DƏFN MƏRASİMİ

M 01 Artıq xəbər verildiyi kimi, 02 aprel 2018-ci il tarixində, Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, qol güləşi üzrə 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov ömrünün 62-ci ilinin tamamında dünyasını dəyişmişdir.
Aprel ayının 3-də Minabəddin Qurbanovun dəfn mərasimi keçirilmişdir. Ölkənin ən titullu idmançısı yaşadığı Xaçmaz rayonunda, doğma Yalama kəndində torpağa tapşırılmışdır.

M 02 M 03 M 04 M 05Dəfn mərasimində Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi altında AQGF-nın yüzdən artıq üzvləri, əməkdaşları və idmançıları iştirak etmişlər. Bundan başqa dəfn mərasiminə Minabəddin Qurbanovun uzun illər çalışdığı Yalama kənd orta məktəbinin rəhbərliyi və kollektivi, həmçinin çoxsaylı kənd sakinləri də qatılmışlar.
Mərhumun barəsində vida çıxışları edilmiş, onu yaxından tanıyanlar öz ürək sözlərinisöyləmişlər. Mərasimdə çıxış edən Cəsarət Əhmədov Minabəddin Qurbanovun Azərbaycan idmanının inkişafı və dünyada tanınması işinə verdiyi misilsiz tövhələrdən söz açmış, mərhumun danılmaz xidmətlərini bir daha qeyd etmiş, onun indiyədək ölkəyə 60-dan artıq medal gətirdiyini vurğulamışdır. Öz nitqində Cəsarət Əhmədov bildirmişdir ki, Minabəddin Qurbanov hər zaman xarici ölkələrdə doğma Azərbaycanımızı ləyaqətlə təmsil etmiş, öz Vətəninə, öz xalqına və dövlətinə təmannasız xidmət etmişdir. Federasiya prezidenti bunu da qeyd etmişdir vətənpərvər insan, böyük şəxsiyyət olan Minabəddin Qurbanov eyni zamanda həm bir pedaqoq olaraq yüzlərlə gənc azərbaycanlı övladlarının vətənpərvər ruhda formalaşmalarında böyük rol oynamış, həm də özü nümunəvi bir ailə başçısı olmaqla cəmiyyətimizə oğlu, dəfələrlə dünya və Avropa çempionu Rüstəm Qurbanovun timsalında özünün layiqli davamçısını bəxş etmişdir. Öz çıxışının sonunda Cəsarət Əhmədov xüsusi olaraq belə bir bir məqamı da vurğuladı ki, idmançılarımızın belə yüksək nəticələr əldə etməsinin ən başlıca səbəbi Ölkə Prezidenti cənab İlham Əliyevin qol güləşi idman növünə hər zaman xüsusi maraq göstərməyi və hər il Novruz şənliklərində idmançılarla görüşü zamanı onlara böyük stimul verməyi olmuşdur.    

M 06 M 07 M 08 M 09 M 10 M 11 M 12 M 13 M 14 M 15 M 16 M 17 M 18

Bundan sonra dini ayinlər yerinə yetirlimiş, mərhumun cənazə namazı qılınmış, ruhuna dualar oxunmuşdur.
Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir