Qol güləşi üzrə XXVIII Avropa çempionatı başa çatdı

Artıq xəbər verildiyi kimi, 26 may – 03 iyun 2018-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Qol güləşi üzrə XXVIII Avropa çempionatı keçirilib. Bu çempionatda müxtəlif çəki və yaş dərəcələrində 13 idmançı ilə təmsil olunan Azərbaycan milli yığma komandası 2-si qızıl, 6-sı gümüş və 4-ü bürünc olmaqla 11 medal qazanmışdır. Beləliklə, idmançılarımızın XXVIII Avropa çempionatında bu günə qədər əldə etdikləri nəticələri xronoloji qaydada təqdim edirik:

28 may – yarışların I günü
Elvin Salehli – 50 kq – yeniyetmə – sol qol – gümüş medal;
Rahib Balakişiyev – 55 kq – yeniyetmə – sol qol – bürünc medal;
İsgəndər Mustafayev – 60 kq – yeniyetmə – sol qol – bürünc medal;

29 may – yarışların II günü
Orxan İsayev – 65 kq – yeniyetmə – sağ qol – gümüş medal;

30 may – yarışların III günü
Təmkin Həsənov – 50 kq – yeniyetmə-əlil – sol qol – gümüş medal;
Rahib Balakişiyev – 55 kq – əlil idmançılar – sol qol – bürünc medal;
Elsevər Xasıyev – 90 kq – veteran – sol qol – gümüş medal;
Zülfü Quluyev – 75 kq – veteran – sol qol – bürünc medal;

31 may – yarışların IV günü
Rahib Balakişiyev – 55 kq – əlil idmançılar – sağ qol – qızıl medal;
Elsevər Xasıyev – 90 kq – veteran – sağ qol – qızıl medal;
Azər Məhərrəmov – (+100 kq) – veteran – sağ qol – gümüş medal;

02 iyun – yarışların VI günü
Ramazan Rüstəmov – 60 kq – böyüklər – sağ qol – gümüş medal.

Bu yüksək nəticələr münasibətilə bütün qaliblərimizi, eləcə də bütün qol güləşi sevərləri bir daha səmimi qəlbdən təbrik edirik!
Belə bir məqamı da vurğulamaq lazımdır ki, yarışların gedişində idmançılarımızdan Elvin Salehli, Tərxan Müzəffərov və Ramazan Rüstəmov erməni idmançıları ilə üz-üzə gəlmiş və hər üç qarşılaşma Azərbaycan idmançılarının qələbəsi ilə başa çatmışdır. Əlbəttə ki, Azərbaycan Xalq Demokratik Cümhuriyyətinin 100 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğu bu günlərdə qol güləşçilərimizin bu qələbələri də xüsusi əhəmiyyət kəsb edir.
Aşağıda təqdim olunmuş foto və video görüntülərdə isə, Avropa çempionatının bizim idmançıların iştirakı ilə keçən ən maraqlı anları öz əksini tapmışdır.

fred 02 fred 04 Cesaret 01 elsev 01 rahib 03 snapshot_016 rahib 04 zulfu 01 Cesaret 02

Elsevər Xasıyevin final görüşü
90 kq – master – sağ qol

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov Qol Güləşi üzrə XXVIII Avropa çempionatının mükafatçılarına medalları təqdim edir



Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov Para-Armrestlinq üzrə XXI Avropa çempionatının mükafatçılarına medalları təqdim edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir