AAF prezidenti, DAF vitse prezidenti Asen Hacıtodorovun Bakıya səfəri

Avropa Armrestlinq Federasiyasının (AAF) prezidenti, Dünya Armrestlinq Federasiyasının (DAF) vitse prezidenti Asen Hacıtodorov mart ayının 11-13-də Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) prezidenti Cəsarət Əhmədovun dəvətilə Bakıda olmuşdur.

Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov AAF və AQGF prezidentlərini qəbul etmişdir. Görüş zamanı A. Hacıtodorov ölkəmizin Bolqarıstanda da artıq dünyanın aparıcı idman mərkəzlərindən biri kimi tanındığını vurğulamışdır. Cənab A.Rəhimov bu istiqamətə Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığını və ölkə Prezidenti cənab İlham Əliyevin gənclər və idman sahəsini prioritet sahələrdən biri kimi elan etdiyini diqqətə çatdırdı. Assen Hacıtodorov isə öz növbəsində Azərbaycanda idmanın inkişafına xüsusi dövlət qayğısının aşkar hiss olunduğunu söylədi.

__________________________________________________________________________________________

___________________________________________________________________________________________

___________________________________________________________________________________________

________________________________________________________________________________

_______________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir