Qol Güləşi üzrə 2010-cu il Dünya çempionatı

Qol Güləşi üzrə  XXXII Dünya Çempionatı 05-11 dekabr 2010-cu ildə  Amerikanın Las-Veqas şəhərində keçirildi. Bu mötəbər yarışda  Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları da iştirak etdi. Dünya çempionatında ölkəmizi müxtəlif çəki dərəcələrində Respublika çempionu olmuş idmançılar təmsil etdilər. Las-Veqasa Federasiyanın prezidenti Cəsarət Əhmədovun rəhbərliyi ilə adları qeyd olunan 9 idmançı yola düşdü.

1) Minabəddin Qurbanov

2) Zöhrab Məhsimov

3) Sərxan Babaxanov

4) Müslüm İbrahimov

5) Kamran Qurbanov

6) Rüstəm Qurbanov

7) Rafiq Ağababayev

8)Vadim Əkbərov

9) Şərif İsmayılov

İdmançılarımız Vətənə 2  Qızıl, 1 Gümüş 2 Bürünc medalla döndülər.
80+ kq çəki dərəcəsində – sağ əldə – Rüstəm Qurbanov – qızıl medal
80+ kq çəki dərəcəsində – sol əldə – Rüstəm Qurbanov – qızıl medal

100+ kq çəki dərəcəsində – sağ əldə – Minabəddin Qurbanov – gümüş medal
100+ kq çəki dərəcəsində – sol əldə – Minabəddin Qurbanov – bürünc medal

65 kq çəki dərəcəsində – sağ əldə – Vadim Əkbərov – bürünc medal


“Çempion” ləqəbi ilə ölkəmizdə tanınan idmançımız Rüstəm Qurbanov XXXII Dünya çempionatında həm sağ, həm də sol əldə bütün rəqiblərini geridə qoyaraq əsl “ÇEMPİON” olduğunu bütün dünyaya bir daha sübut etmiş oldu.

_______________________________________________________________________________________

_______________________________________________________________________________________

________________________________________________________________________________________

_______________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir