AQGF-nin jurnalının II nəşri

2010-cu ilin yanvar ayında “Qol Güləşi” idman jurnalının 2-ci sayı çapdan çıxdı. Jurnalda ölkəmizin və dünyanın idman həyatında cərəyan edən hadisələr daima diqqət mərkəzində saxlanılır. Azərbaycan idmanı özünün intibah dövrünü yaşayır. Dünyanın idman mərkəzlərindən birinə çevrilməklə Respublikamız  beynəlxalq idman ictimaiyyəti daxilində də öz nüfuzunu durmadan artırır. Jurnal 5000 tirajla çap olunmuş və pulsuz olaraq dünyanın bir çox ölkələrinə, respublikanın bütün regionlarındakı idmansevərlərinə paylanılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir