2009-cu ilin yekuna həsr olunmuş tədbir

Dekabr ayının 28-də Azərbaycan Qol Güləşi Federasiyasının ofisində 2009-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirildi. Federasiyanın prezidenti Cəsarət Əhmədov çıxış edərək ötən il ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqda federasiya üzvlərinə, idmançılara və tədbirdə iştirak edən KİV əməkdaşlarına məlumat vermişdir. Əldə olunmuş nailiyyətlərdən biri də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dekabr ayının 25-də keçirdiyi ilin yekunlarına həsr olunmuş tədbirində Azərbaycan Qol Güləşi Federasiyasının 2009-cu ilin nəticələrinə görə “Yaxşıların yaxşısı” diplomu ilə təltif olunmasıdır. Bu tədbirdə idmansevərlər arasında “Qafqaz pələngi” ləqəbi ilə tanınmış Minabəddin Qurbanov və oğlu Rüstəm Qurbanov dəfələrlə Azərbaycan Çempionatı və Respublika Kuboku yarışlarında əldə etdikləri yüksək nəticələrə, ölkəmizi Avropa və dünya çempionatlarında ləyaqətlə təmsil etdiklərinə görə “Güclülərin Güclüsü” nominasiyasında “İlin idmançısı” diplomu və pul mükafatı ilə təltif olundular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir