Yaxşıların yaxşısı – 2009

25 dekabr 2009-cu il tarixində “Ambassador” otelində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2009-cu ilin yekunlarına dair “Yaxşıların Yaxşısı – 2009” mükafatının təltifetmə mərasimi və bayram şənliyi keçirildi. Təltif olunanlar sırasında Azərbaycan Qol Güləşi Federasiyası da yer almışdır. Qol Güləşi idmanının yüksək səviyyədə tətbiqinə, orta və ali təhsil müəssisələrində, hərbi hissələrdə, islah – əmək müəssisələrində mütəmadi olaraq yarışların keçirilməsinə və idmanın inkişafı məqsədilə BŞGİBİ ilə sıx əməkdaşlığına görə Azərbaycan Qol Güləşi Federasiyası “Yaxşıların yaxşısı – 2009” diplomu ilə təltif edilmişdir. AQGF-nin prezidenti Cəsarət Əhmədov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin bu mükafatını yüksək qiymətləndirmiş, idarənin rəisi Raqif Abbasova federasiya üzvləri adından təşəkkür etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir