Ali məktəblərarası yarış

Azərbaycan Qol Güləşi Federasiyası, Səbail rayonu Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Hərbçi pedaqoqlar” vətənpərvərlər klubunun birgə təşkilatçılığı ilə dekabrın 8-9-da 190 saylı orta məktəbdə Ali təhsil müəssisələrinin tələbələri arasında Heydər Əliyevin anım gününə həsr olunmuş  Səbail rayonunun açıq birinciliyi keçirildi. Yarışlarda 100-ə yaxın idmançı-tələbə iştirak etdi. Tədbiri giriş sözü ilə açan Səbail rayon Gənclər və İdman İdarəsinin rəis müavini F. Qurbanov Ümumimilli Lider H. Əliyevin xatirəsinə həsr olunmuş birincilikdə iştirak edən tələbələri salamlamış və hamıya uğurlar arzulamışdır. Daha sonra Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov çıxış edərək Azərbaycan idmanının inkişafının birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamış, Ulu Öndərimizin əziz xatirəsinin idmançılar tərəfindən hər zaman xüsusi ehtiramla yad olunduğunu qeyd etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir