2022-ci il 23-24 iyul tarixlərində Qol güləşi üzrə ölkə çempionatı keçiriləcək!

Qol güləşi üzrə növbəti ölkə çempionatı 2022-ci il 23-24 iyul tarixlərində Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində keçiriləcək (ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küç., 40/89, Heydər Əliyev adına istirahət parkının ərazisində, Sabunçu rayon İcra Hakimiyyəti ilə üzbəüz). AQGF prezidenti Cəsarət Əhmədovun qərarı ilə ölkə çempionatında istənilən bir qolda 1-ci yeri tutan idmançılara 200 manat məbləğində pul mükafatı veriləcək. Hər iki qolda qalib olan idmançılar isə 400 manat mükafat alacaqlar. Bundan başqa, hər iki qolda 1-ci yer tutan idmançının məşqçisi də pul mükafatı alacaq. Qaliblərə pul mükafatları “İronMaxx – Azərbaycan”ın dəstəyi ilə təqdim olunacaq.
Yarışlarda iştirak etmək üçün yuxarı yaş həddi yoxdur. 14 yaşından yuxarı hər kəs ölkə çempionatına qatıla bilər. İyulun 23-də səhər saat 08:30-da çəki proseduruna start veriləcək. Yarış iyulun 23-də sol qolda və iyulun 24-də sağ qolda olmaqla 2 gün davam edəcək.
Komandalar üzrə sifarişlərin və idmançıların şəxsiyyət vəsiqələrinin surətinin təqdim olunması vacibdir!
Yarışın nəticələrinə görə idmsnçılara təqdim olunacaq medallar xüsusi dizaynla Türkiyədə sifariş olunub. Həmçinin 500 ədəd idman köynəyinin də Türliyədə sifarişi nəzərdə tutulub.
Çempionatın nəticələrinə görə qaliblərə (1-ci yer tutan idmançılara) və məşqçilərə pul mükafatları təyin olunduğuna görə, yarışda iştirak haqqı hər qol üçün 10 manat (iki qol üçün 20 manat) məbləğində müəyyən edilir. Bu qərar idmançıların məsuliyyətlərini artırmaq və məşqlərə daha ciddi yanaşmalarını təmin etmək məqsədi ilə qəbul edilib. Gələcəkdə pul mükafatları təyin edilməyən yarışlarda üzvlük haqqı əvvəlki qaydada, 2 qol üçün 10 manat müəyyən edilcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir