Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

2021-ci il dekabr ayının 19-da Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib. Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Bakı və Sumqayıt şəhərlərini, eləcə də respublikanın 15-ə yaxın rayon və bölgəsini təmsil edən 150-dən artıq idmançı iştirak edib. Kuboka sahib olmaq istəyən idmançılar 12 çəki dərəcəsində sol və sağ qollarda güclərini sınayıblar. Nəticə etibarı ilə öz aktivlərinə 6 qızıl medal yazdırmış Qazax idmançıları Ölkə Kubokuna sahib olublar. Komanda hesabında 2-ci yeri Bakının “Qol Güləşi” İdman Mərkəzi, 3-cü yeri isə Xaçmazın “Sarı Süleyman” klubu tutublar.

Təqdim olunan videoda ATV kanalının Ölkə Kuboku yarışından yayımladığı reportajı və Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədovun müsahibəsini izləyə bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir