Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”

IMG-20211125-WA0090

IMG-20211125-WA0091  IMG-20211125-WA0048

Noyabrın 25-də gənclər və idman naziri cənab Fərid Qayıbov Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşün gedişində nazir İctimai Şuranın üzvləri ilə ayrı-ayrılıqda tanış olub, hər birimizin fikirlərimizi öyrənib, təkliflərimizi dinləyib. Müzakirələri demokratik şəkildə aparan nazir Fərid Qayıbov bütün suallarımızı səmimi və obyektiv cavablandırıb. Düşünürəm ki, bugünkü gündə insanlara maddiyyatdan daha çox mənəvi dəstək və münasibətlərdə səmimiyyət lazımdır.
Vurğulamaq istərdim ki, Gənclər və İdman Nazirliyi yanında İctimai Şura vətənpərvər və ədalətli insanlardan təşkil olunub. Əminəm ki, biz hamımız bu qurumun tərkibində göstərəcəyimiz fəaliyyətimizlə idmanımızın inkişafına və sağlam, vətənpərvər gəncliyin formalaşdırılması işinə dəstək olacaq, ölkəmizə, xalqımıza və dövlətimizə bundan sonra daha çox fayda verəcəyik, İnşaallah!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir