Azərbaycan Qol Güləşi Federasiyası ilə yekun vurdu

OXN_2032 - копия      2019-cu il 14-15 dekabr tarixlərində Qol güləşi üzrə Ölkə Kuboku yarışınıvə İlin yekunlarına dair AQGF-nın hesabat yığıncağını keçirdik. Hər zaman olduğu kimi, idmançılarımızın böyük aktivliyi ilə keçən yarışa ölkənin 40-a yaxın regionundan 150-dən artıq idmançı qatılmışdı. Nəticə olaraq Ölkə Kubokunu bu dəfə Qazax idmançıları qazandılar. Qol Güləşi İdman Klubunun yetirmələri ikinci, Sumqayıt təmsilçiləri isə üçüncü yeri tutdular.

 OXN_2053 - копия OXN_2051 - копия

OXN_2065 OXN_2066

OXN_2166 - копия - копия OXN_2313 - копия

OXN_2320 - копияQaliblər Kubok, medal və diplomlarla, həmçinin Almaniyanın “İronMaxx” şirkətinin istehsalı olan yüksək keyfiyyətli idman qida əlavələri ilə mükafatlandırıldılar. Yarışdan sonra keçirilən İlin yekun tədbirinin sonunda isə, Qol güləşi idmanının inkişafında xüsusi xidmətləri olan nümayəndələrə, məşqçilərə və il ərzində yüksək nəticələr əldə etmiş idmançılara xüsusi diplomlar və hədiyyə olaraq, “İronMaxx” şirkətinin istehsalı olan idman qida əlavələri təqdim olundu.OXN_2061
Əminəm ki, qarşıdan gələn 2020-ci il də bütün Azərbaycan üçün, o cümlədən federasiyamız üçün uğurlu olacaq və biz yeni-yeni nailiyyətlərə imza atacağıq. Gəlin bu yeni ildə daha mehriban olaq, bir olaq, güclü olaq və yalnız irəli gedək!
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti
Cəsarət Əhmədov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir