Qol güləşi üzrə XXIX Avropa çempionatı başa çatdı

14-23 may 2019-cu il tarixlərində, Yunanıstanın Lutraki şəhərində keçirilən Qol güləşi üzrə XXIX Avropa çempionatı başa çatıb. Azərbaycanın Milli yığma komandası bu çempionatdan Vətənə 2-si bürünc, 2-si gümüş və 2-si qızıl olmaqla ümumilikdə 6 medalla qayıdıb. Qeyd edək ki, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi altında Avropa çempionatına yollanmış Milli yığma komandanın tərkibində cəmi 5 idmançı yer almışdı. Medal qazanan idmançılarımızı təqdim edirik:

  1. Elsevər Qürbətov – U18 – 55 kq – sol və sağ qollar – 2 qızıl medal;
  2. Nicat İskəndərov – U18 – 55 kq – sol və sağ qollar – 2 gümüş medal;
  3. Təbriz Səfərov – Senior Man – 75 kq – sağ qol – bürünc medal;
  4. Səid Mustafazadə – U15 –  60 kq – sol qol – bürünc medal.

IMG-20190523-WA0000IMG-20190523-WA0009 IMG-20190520-WA0014 IMG-20190523-WA0013IMG-20190523-WA0007

Bir daha bu yüksək nailiyyət münasibətilə başda Cəsarət müəllim olmaqla, bütün idmançılarımızı ürəkdən təbrik edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir