Qol Güləşi üzrə Ölkə Birinciliyinin qalibləri müəyyən edildi (foto, video)

????????????????????????????????????

????????????????????????????????????

Xəbər verildiyi kimi, 30 mart 2019-cu il tarixində Qol Güləşi üzrə növbəti Ölkə Birinciliyi yarışı keçirilmişdir. İlk dəfə olaraq, yarış üç yaş kateqoriyasında: uşaqlar – 14-15 yaş, yeniyetmələr – 16-18 yaş və gənclər – 19-21 yaş arasında təşkil olunmuşdur. Gərgin mübarizə şəraitində keçən yarışda ölkənin 20-dən artıq bölgəsini təmsil edən 100-yaxın idmançı öz qüvvələrini sınamışlar.

Qaliblərə medallar, Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunmuşdur. Həmçinin yarışda tələbələri ən yüksək nəticə göstərən məşqçilərə Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi tərəfindən Almaniyanın “İronMaxx” şirkətinin istehsalı olan yüksək keyfiyyətli idman qida əlavələri hədiyyə olunmuşdur. Qeyd edək ki, Azərbaycan Qol Güləşi Federasiyası “İronMaxx Nutrition GmbH” şirkətinin ölkəmizdə yeganə distribütorudur.

Yarışın gedişi ölkənin aparıcı televiziya kanalları tərəfindən işıqlandırılmıdır. Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov televiziya kanallarına müsahibə vermişdir. İlk növbədə yarış barədə məlumat verən federasiya rəhbəri, bu Ölkə Birinciliyinin 14-23 may 2019-cu il tarixlərində Yunanıstanın Lutraki şəhərində keçiriləcək 29-cu Avropa çempionatına hazırlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Həmçinin idmançıların və ümumilikdə gənc nəslin milli-vətənpərvər ruhda formalaşmaları məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxlayan Cəsarət Əhmədov, yarış öncəsi etdiyi çıxışında da bir daha bu məsələlərin vacibliyini qeyd etdi. Federasiyanın bütün nümayəndə və məşqçilərinə gənc idmançılar arasında təlim-tərbiyə işlərinin məhz bu istiqamətdə aparılmasının vacibliyini bildirən AQGF prezidenti dövlətə və dövlətçiliyimizə sədaqət prinsiplərinin bütün nailiyyətlərin əsası olduğunu vurğuladı.

????????????????????????????????????

????????????????????????????????????

Nəticələr:

14-15 yaş

Sol qol
50 kq
1. Qürbətov Elvin – QGİK
2. Ağayev Abdulla – QGİK
3. Mehdizadə Cavanşir – Saray.

60 kq
1. Mustafazadə Səid – Qazax
2. Ağayev Teymur – Xaçmaz (“Sarı Süleyman”)
3. Ələsgərzadə Rauf – Sumqayıt.

70 kq
1. Quluzadə Rəşad – Sumqayıt
2. Məmmədov Cavid – Şabran
3. Məmmədli Əlimövsüm – Zərdab

Sağ qol
50 kq
1. Ağayev Abdulla – QGİK
2. Mehdizadə Cavanşir – Saray
3. Mehdizadə Səid – Saray.

60 kq
1. Mustafazadə Səid – Qazax
2. Ağayev Teymur – Xaçmaz (“Sarı Süleyman”)
3. Mustafayev Hikmət – Xaçmaz (“Sarı Süleyman”).

70 kq
1. Quluzadə Rəşad – Sumqayıt
2. Məmmədli Əlimövsüm – Zərdab
3. Məmmədov Cavid – Şabran.

16-18 yaş

Sol qol
50 kq
1. İsmayılov İlkin – QGİK
2. Əmiraslanlı İdris – QGİK
3. Musa Rövşən – İsmayıllı.

55 kq
1. Mustafayev İsmayıl – Qazax
2. Sadıqov Sərdar – QGİK
3. Səfərov Kənan – Qazax.

60 kq
1. Qürbətov Elsevər – QGİK
2. Teymurov Fərid – Nəsimi
3. Şıxızadə Tural – İsmayıllı.

65 kq
1. İskəndərov Nicat – İsmayıllı
2. Səlimov Sarvan – Saray
3. Vəliyev İlkin – Saray.

70 kq
1. Məmmədvəliyev İbrahim – Xaçmaz (“Sarı Süleyman”)
2. Şükürullayev Bəşarət – QGİK
3. Mahmudov Kənan – Xaçmaz (“Saleh” İK)

75 kq
1. Quliyev Nurlan – Xaçmaz (“Saleh” İK)
2. Həyatov Dəniz – QGİK
3. Zuzlayev Bəxtiyar – Xaçmaz (“Saleh” İK)

+ 85 kq
1. Qənbərov Elvin – Sumqayıt
2. Səfərov Cəlal – Xaçmaz (“Saleh” İK)
3. Əlizadə Mehrac – Saray

Sağ qol
50 kq
1. İsmayılov İlkin – QGİK
2. Əmiraslanlı İdris – QGİK
3. İdrisov Şahbaz – Xaçmaz (“Sarı Süleyman”).

55 kq
1. Mustafayev İsmayıl – Qazax
2. Sadıqov Sərdar – QGİK
3. Səfərov Kənan – Qazax.

60 kq
1. Qürbətov Elsevər – QGİK
2. Teymurov Fərid – Nəsimi
3. Şıxızadə Tural – İsmayıllı.

65 kq
1. İskəndərov Nicat – İsmayıllı
2. Səlimov Sarvan – Saray
3. Vəliyev İlkin – Saray.

70 kq
1. Məmmədvəliyev İbrahim – Xaçmaz (“Sarı Süleyman”)
2. Devriçov Rüfət – QGİK
3. Şükürullayev Bəşarət – QGİK

75 kq
1. Quliyev Nurlan – Xaçmaz (“Saleh” İK)
2. Zuzlayev Bəxtiyar – Xaçmaz (“Saleh” İK)
3. Quliyev Rəşad – Qazax.

+ 85 kq
1. Qənbərov Elvin – Sumqayıt
2. Səfərov Cəlal – Xaçmaz (“Saleh” İK)
3. Əlizadə Mehrac – Saray

19-21 yaş

Sol qol
55 kq
1. Qəfərov Elman – Qazax
2. Mehdizadə Cəmil – QGİK
3. Veysəlov Rəhman – Nəsimi.

60 kq
1. Əliyev Elşən – Saray
2. Qasımzadə Xəyal – Qazax.

65 kq
1. Cəfərov Xəlil – Sumqayıt
2. Qasımov Rövşən – Qazax.

70 kq
1. Mustafayev İskəndər – Qazax
2. Səlimov Rəşad – Xaçmaz (“Saleh” İK)
3. Səfərov İsrafil – Saray.

75 kq
1. Ağakişiyev Toğrul – Nəsimi
2. Zeynalov Tural – QGİK
3. Kərimzadə Ceyhun – Zərdab.

85 kq
1. Yusubov Nurlan – QGİK
2. Hüseynov Nadir – QGİK
3. Eldarlı Mərdan – QGİK.

100 kq
1. Rəhimov Emin – Sumqayıt
2. Əhmədəliyev Natiq – İsmayıllı
3. Qasımzadə Şahbala – QGİK.
Sağ qol
55 kq
1. Qəfərov Elman – Qazax
2. Mehdizadə Cəmil – QGİK
3. Veysəlov Rəhman – Nəsimi.

60 kq
1. Əliyev Elşən – Saray
2. Qasımzadə Xəyal – Qazax.

65 kq
1. Cəfərov Xəlil – Sumqayıt
2. Qasımov Rövşən – Qazax.

70 kq
1. Mustafayev İskəndər – Qazax
2. Səlimov Rəşad – Xaçmaz (“Saleh” İK)
3. Səfərov İsrafil – Saray.

75 kq
1. Ağakişiyev Toğrul – Nəsimi
2. Zeynalov Tural – QGİK
3. Kərimzadə Ceyhun – Zərdab.

85 kq
1. Yusubov Nurlan – QGİK
2. Hüseynov Nadir – QGİK
3. Eldarlı Mərdan – QGİK.

100 kq
1. Müzəffərov Tərxan – QGİK
2. Rəhimov Emin – Sumqayıt
3. Əhmədəliyev Natiq – İsmayıllı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir