Diqqət, diqqət!!! Azərbaycan Qol Güləşi Federasiyasının Bakıda və regionlarda fəaliyyət göstərən bütün nümayəndələrinin və idmançıların nəzərinə!

Artıq xəbər verildiyi kimi, 15-16 dekabr 2018-ci il tarixlərində Qol güləşi üzrə Ölkə Kuboku yarışı keçiriləcək. Bununla bağlı federasiyaya olunan müraciətlərdə yarışa qatılmaq istəyən bəzi idmançıların maddi durumlarının zəif olması səbəbindən onların yarışda iştirak haqqını ödəmək imkanında olmadıqları bildirilir.

Həmin müraciətləri nəzərə alaraq, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov müvafiq qərar qəbul etmişdir. Bu qərara əsasən 15-16 dekabr 2018-ci il tarixlərində keçiriləcək Qol güləşi üzrə Ölkə Kuboku yarışında iştirak edəcək idmançılardan üzvlük pulları (yarışa qatılmaq haqqı) yığılmayacaq. Bütün idmançılar heç bir ödəniş etmədən yarışda iştirak edəcəklər.

Hamınıza uğurlar arzulayırıq!

Qoy güclü qalib gəlsin!  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir