Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun müraciəti

müraciət

Əziz dostlar, hörmətli idmançılar və bütün qol güləşi həvəskarları!
Diqqətinizə çatdırıram ki, 03-04 mart 2018-ci il tarixlərində Qol Güləşi üzrə IX Ölkə Birinciliyi yarışı keçiriləcək. Bütün idmançılarımızı bu Ölkə Birinciliyində iştirak etməyə dəvət edirəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ölkə Birinciliyində yüksək nəticə göstərən idmançılar qarşıdan gələn Qol Güləşi üzrə XXVIII Avropa çempionatında iştirak etmək üçün seçim turlarına qatıla biləcəklər.
Həmçinin diqqətinizə çatdırıram ki, son bir neçə ay ərzində federasiyamıza üzv olmaq üçün 200 nəfərdən çox idmançı ərizə ilə müraciət etmişdir. Bununla bağlı AQGF rəhbərliyinin qərarı ilə yarışların birinci günü Azərbaycan Qol Güləşi Federasiyasının yeni üzvlərinə, həmçinin federasiyamızın rayonlar üzrə nümayəndələrinə, müvafiq olaraq üzvlük və nümayəndəlik vəsiqələri təqdim olunacaq.
Bir daha hamınızı 03-04 mart 2018-ci il tarixlərində keçiriləcəık Qol Güləşi üzrə IX Ölkə Birinciliyinə qatılmağa çağırıram! Hamınıza uğurlar diləyirəm!
Hörmətlə, Cəsarət Əhmədov.

Diqqət!!!
Qol Güləşi üzrə IX Ölkə Birinciliyi 4 saylı Bakı Peşə Liseyinin akt zalında keçiriləcək. Lisey AQGF Qol Güləşi İdman Mərkəzi binasının arxa tərəfində yerləşir (Nizami rayonu, İsmayıl Məmmədov küç.148).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir