Bu gün Ulu Öndərimizin anım günüdür

Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, dünya azərbaycanlılarının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Artıq 14 ildir ki, Azərbaycan özünün xilaskarı və memarı olan bu dahi şəxsiyyətin cismani yoxluğunda, lakin yenə də məhz Onun müəyyən etdiyi siyasi kursla inamla irəliləməkdə, inkişaf etməkdədir. Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz sevgisi, öz böyük oğlunun xatirəsinə sonsuz hörmət və ehtiramı isə əbədidir. Bu gün Heydər Əliyev aramızda olmasa da, məhz onun ideyaları yaşayır və daha parlaq gələcəyə aparan yolumuzu işıqlandırır. Bu səbəbdən hər il olduğukimi, bu gün də Fəxri xiyabanda böyük izdiham yaşanır, on minlərlə insan Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edir.

Allah rəhmət eləsin! Məzarı nurla dolsun!

Azərbaycan Qol Güləşi Federasiyası.an;m002 anım001 anım003 anım004 anım005 anım006

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir