Bu gün xalqımız böyük qürur hissi ilə Dövlət Bayrağı Gününü qeyd edir!

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama uyğun olaraq, 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

spt-409242517

Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən ucaldılan bu bayraq təəssüflər olsun ki, sovet işğalından sonra digər dövlət atributları kimi ləğv olundu. Müqəddəs üçrəngli bayrağımızın yenidən başımız üzərində dalğalanması isə, yalnız 70 ildən sonra, 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilməsindən sonra mümkün oldu. Ulu Öndərimizin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə yenidən qayıdışından bir müddət sonra, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi öz əksini tapdı.

Həqiqətən də, bir kərə yüksələn bayraq, bir daha enməz! Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı isə, Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən etmiş oldu.

Qeyd etmək lazımdır ki, Ginnes dünya rekordları təşkilatı da 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Möhtərəm Prezidentimizin milli ideallara bağlılığı, o cümlədən Dövlət bayrağımıza olan münasibəti hər bir Azərbaycan vətəndaşı üçün əsil örnək olmalıdır! Müqəddəs bayrağımızı hər bir vətənpərvər azərbaycanlı öz sinəsi üzərində daşımalıdır. Bu gün biz hamımız Ali Baş Komandan cənab İlham Əliyevin bir çağırışı ilə müqəddəs bayrağımızın üzərindəki qırmızı rəngdə öz təcəssümünü tapmış şəhidlərimizin qanını almaq, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün səfərbər olmağa hər an hazır olmalıyıq!

Bütün Azərbaycan xalqını bu müqəddəs bayramımız, Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Qol Güləşi Federasiyasının bütün idmançıları, üzvləri və əməkdaşları adından səmimi qəlbdən təbrik edirəm!

 

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti                            Cəsarət Əhmədov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir