Macarıstanda qol güləşçilərimizin uğurları davam edir
Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları yığma komandanın aktivinə daha iki qızıl medal əlavə ediblər
Artıq xəbər verdiyimiz kimi, sentyabr ayının 2-dən 11-nə qədər Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Qol güləşi üzrə XXXIX dünya çempionatının ilk yarış günü Azərbaycanın milli yığması üçün uğurlu olmuşdur. Belə ki, həmin gün idmançılarımız 2 qızıl və 1 gümüş medal əldə etmişdilər. Gözlənildiyi kimi, yarışların ikinci günü də qol güləşçilərimiz öz nailiyyətlərini artıra biliblər. İdmançılarımızdan İsgəndər Mustafayev (18 yaş – 55 kq) və Ramazan Rüstəmov (21 yaş – 65 kq) sağ əllə keçirdikləri bütün görüşlərdə rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək zirvəsinə qalxmışlar. Beləliklə, yığma komandamızın aktivində artıq 4 qızıl və 1 gümüş medal vardır.
Dünya çempionlarımızı ürəkdən təbrik edirik və Macarıstandan növbəti qələbələrimizin sorağını səbirsizliklə gözləyirik!
Bir cavab yazın