Dünya çempionatından ilk medallarımız gəldi!

21272328_1941054726179685_7643583120063341172_n

DÇ 2017 01Qol güləşi üzrə XXXIX dünya çempionatının ilk yarış günündə idmançılarımız 3 medal əldə edə biliblər

Artıq altı gündür ki, bütün dünyanın Qol güləşi sevərlərinin diqqəti Macarıstanın paytaxtı Budapeşt şəhərindədir. Səbəb isə budur ki, xəbər verildiyi kimi, 02-11 sentyabr tarixlərində Budapeştdə keçiriləcək Qol güləşi idman növü üzrə XXXIX və para-armrestlinq üzrə XX dünya çempionatına artıq start verilmişdir. Çempionatın ilk yarış günü isə, əvvəlcədən planlaşdırıldığı kimi, dünən, sentyabr ayının 5-də keçirilmişdir. Çox sevindirici haldır ki, yarışların ilk günü Azərbaycanın Qol güləşi üzrə milli yığma komandası üçün son dərəcə uğurlu olmuşdur. Belə ki, həmin gün Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları millimizin aktivinə artıq 2 qızıl və 1 gümüş medal yazdırmışlar:
Ramazan Rüstəmov – 65kq – 21 yaş – sol əl – I yer;
Nemət Vəkilov – 60kq – 21 yaş –sol əl – I yer;
İsgəndər Mustafayev – 55kq – 18 yaş – sol əl – II yer.
Qeyd edək ki, bu dünya çempionatında ölkəmiz cəmi 9 nəfərdən ibarət heyətlə təmsil olunur. Buna baxmayaraq, artıq yarışların ilk günündə əldə olunmuş yüksək nailiyyətlər bir daha Azərbaycan Qol Güləşi Federasiyasının səmərəli fəaliyyətindən və bu zəmində yetişən idmançılarımızın yüksək hazırlıq səviyyəsindən xəbər verir.
Dünya çempionatının ilk yarış günündə ölkəmizə ilk medalları qazandıran idmançılarımızı isə, bir daha ürəkdən təbrik edirik və qələbələrimizin davamını səbirsizliklə gözləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir