Avro-2017 – nəticələr ölkə telekanallarında şərh olunub
13-21 may 2017-ci il tarixlərində Polşanın Katovitsa şəhərində keçirilmiş Qol Güləşi üzrə XXVII Avropa çempionatında Azərbaycan Milli yığmasının iştirakı ölkəmizin TV kanallarında ətraflı işıqlandırılmışdır. Çempionatdan Vətənə dönən idmançılarımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təmtəraqla qarşılanmış, qol güləşçilərimiz öz təəssüratlarını telekanalların çəkiliş kameraları qarşısında bölüşmüşlər. Həmçinin TV-yə müsahibə verən Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov da XXVII Avropa çempionatının nəticələrinə dair müəyyən fikirlərini bildirmişdir.
Bir cavab yazın