Avro-2017 – növbəti medalları əlil idmançılarımız qazandı

Polşanın Katovitsa şəhərində keçirilən Qol güləşi üzrə XXVII Avropa çempionatının 3-cü günü milli yığmamızın tərkibində yer almış əlil idmançılarımızın qələbələri ilə əlamətdar oldu. Həmin gün həm sağ, həm də sol əldə öz qüvvələrini sınayan idmançılarımız 2 qızıl və 1 gümüş medal əldə etmişlər. Beləliklə də qol güləşçilərimiz yığma komandanın aktivinə daha 3 medal əlavə edə bilmişlər. Mükafatçılarımızı sizələrə təqdim edirik:

  1. Balakişiyev Rahib – əlillər – (60kq) – sol əl – gümüş medal;  sağ əl – qızıl medal;
  2. Rauf Ağazadə – əlillər – (70kq) – sol əl – qızıl medal.

Həqiqətən də ruhən sağlam olan insanların uğur qazanmasına heç bir fiziki məhdudiyyət mane ola bilməz. Azərbaycan Qol Güləşi Federasiyasının əlil idmançıları bunu öz möhtəşəm qələbələri ilə bir daha təsdiq etdilər. Qaliblərimizi təbrik edirik və əlbəttə ki, çempionatın növbəti günlərində yeni qələbələrin sorağını gözləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir