Avro-2017 – qol güləşçilərimiz medalların sayını artırır

Polşanın Katovitsa şəhərində keçirilən Qol güləşi üzrə XXVII Avropa çempionatının 2-ci günü də milli yığmamız üçün uğurla başa çatmışdır. Belə ki, həmin gün artıq sağ əldə öz qüvvələrini sınayan idmançılarımız 1 qızıl və 2 gümüş medal əldə etmişlər. Beləliklə də qol güləşçilərimiz yığma komandanın aktivinə daha 3 medal əlavə edə bilmişlər. Mükafatçılarımızı sizələrə təqdim edirik:
1. Minabəddin Qurbanov – senyor grand master – (+100kq) – qızıl medal;
2. Ramazan Rüstəmov – gənclər (21 yaş) – (65 kq) – gümüş medal;
3. Neymət Vəkilov – gənclər (21 yaş) – (60 kq) – gümüş medal.
Bir daha qaliblərimizi təbrik edirik və çempionatın növbəti günlərində yeni qələbələrin sorağını gözləyirik!
Bir cavab yazın