Yığmamız Vətənə döndü Rumıniya Buxarest 21-29. 05 2016

Bildiyiniz kimi, 2016-cı il 21-29 may tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Qol güləşi üzrə XXVI Avropa çempionatının və para-armrestliq üzrə XIX Avropa çempionatının gedişi İdman Azərbaycan TV kanalı ilə geniş şəkildə işıqlandırılmış, yarışın final görüşləri isə kanalın efirində canlı yayımlanmışdır.

Bir daha idmançılarımızın əldə etdiyi nəticələri təqdim edirik:

Adı-soyadı kateqoriya Çəki dərəcəsi Tutduğu yer
Sağ əl Sol əl
1. İskəndər Mustafayev Junior – 18 yaş 55 kq III
2. Neymət Vəkilov Junior – 21 yaş 60 kq II
3. Ramazan Rüstəmov Junior – 21 yaş 65 kq III I
4. Hüseyn Əmənli Junior – 21 yaş 65 kq I II
5. Minabəddin Qurbanov Senyor Grand Master + 100 kq II
6. Vilayət Namazzadə əlil 60 kq III
7. Zülfü Quliyev əlil 80 kq III

 

 

Həmçinin may ayının 30-u yığma komandamızın Vətənə dönüşü də yerli televiziya kanalları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qeydə alınmış, Azərbaycan Qol Güləşi Federasiyasının və idmançılarımızın yeni nailiyyətləri barədə ətraflı reportaj hazırlanmışdır. Aşağıda təqdim olunan video süjetlərdə həmin reportajlar əks olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir