Rumıniyanın paytaxtı Buxarest şəhərində Qol güləşi üzrə XXVI avropa çempionatı

Artıq xəbər verildiyi kimi, may ayının 21-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Qol güləşi üzrə XXVI və fiziki qüsurlu idmançılar arasında XIX Avropa çempionatı start götürmüşdür. Azərbaycan milli yığması bu çempionata 14 nəfərdən (13 idmançı və 1 nümayəndə) ibarət heyətlə qatılmışdır. Heyətin tərkibini bir daha sizlərə təqdim edirik:

Cəsarət Əhmədov – Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti – komandanın rəhbəri.

İdmançılar:

  1. Məhsimov Zöhrab

  2. Qurbanov Kamran

  3. Vəkilov Qismət

  4. Vəkilov Neymət

  5. Mustafayev İskəndər

  6. Namazzadə Vilayət

  7. Mahmudov İlham

  8. Rüstəmov Ramazan

  9. Qurbanov Minabəddin

  10. Əmənli Hüseyn

  11. Quliyev Zülfü

  12. Səfərov Təbriz

  13. İbrahimli Bəxtiyar

Bu idmançılarımızdan ikisi, Zülfü Quliyev və Vilayət  Namazzadə  ölkəmizi fiziki qüsurlu idmançılar arasında keçirilən yarışda təmsil edirlər.

İlk növbədə qeyd edək ki, hələ yarışlardan öncə, mayın 22-də baş tutmuş Avropa Armrestlinq Federasiyasının növbəti qitə konfransında, Azərbaycan Qol Güləşi Federasiyası artıq özünün Rumıniyada ilk uğuruna imza atmışdır. Belə ki, AQGF-nın prezidenti Cəsarət Əhmədov Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir. Əlbəttə ki, bu qələbə bütünlükdə federasiyamnızın uğuru olmaqla bərabər, həm də Cəsarət Əhmədovun şəxsi iş qabiliyyətinin, onun dünya və Avropa armrestlinq federasiyalarında sahib ola bildiyi nüfuzunun bir göstəricisidir.

Bir daha hörmətli Cəsarət müəllimi və onun timsalında federasiyamızın bütün əməkdaşlarını və üzvlərini, eləcə də bütün qol güləşçilərini bu yüksək nailliyyətlə səmimi qəlbdən təbrik edirik!

Lakin uğurlarımız tək bu nailiyyətlə tamamlanmamışdır. Yarışların artıq ilk günündən yığma komandamızın hesabına medallar yazılmağa başlamışdır. Aşağıda yarışlarda idmançılarımızın əldə etdikləri nailiyyətləri xronoloji ardıcıllıqla təqdim edirik.

24.05.2016 – yarışların I günü:

Ramazan Rüstəmov  – 21 yaş – 65 kq – sol əl – I yer;

Neymət Vəkilov        –  21 yaş – 60 kq – sol əl – II yer;

Hüseyn Əmənli         – 21 yaş – 65 kq – sol əl – II yer.

25.05.2016 – yarışların II günü:

Əmənli Hüseyn             – 21 yaş – 65 kq – sağ əl – I yer;

Minabəddin Qurbanov  – Senyor Grand Master – (+ 100 kq) – sağ əl – II yer;

İskəndər Mustafayev     – 18 yaş – 55 kq – sağ əl – III yer;

Ramazan Rüstəmov      – 21 yaş – 65 kq – sağ əl – III yer.

26.05.2016 – yarışların III günü:

Vilayət Namazzadə – fiziki qüsrlu idmançılar – III yer;

Zülfü Quliyev – fiziki qüsurlu idmançılar – III yer.

İdmançılarımızı bu nailiyyətlərlə təbrik edirik. Çempionat isə hələ də davam edir və biz də növbəti qələbələrimizi səbirsizliklə gözləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir