14 dekabr 2013-cü il Respublika Kuboku!

14 dekabr 2013-cü ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin akt zalında Qol güləşi üzrə Respublika Kuboku yarışı keçirilmişdir. Yarışda bütün nümayəndəliklərimiz və idmançıları iştirak etmişdir. Yarışda 55 kq çəki dərəcəsində Qazaxdan  Vəkilov Nemət, 60 kq çəki dərəcəsində Qazaxdan Rüstəmov Ramazan, 65 kq çəki dərəcəsində Qazaxdan Vəkilov Qismət, 70 kq dərəcəsində Xaçmazdan Rüstəmov Xəyal, 75 kq çəki dərəcəsində Sumqayıtdan Ələsgərov Özal, 80 kq çəki dərəcəsində Qazaxdan İsmayılov Qurban, 85 kq çəki dərəcəsində Bakıdan Xasıyev Elsevər, 90 kq çəki dərəcəsində Bakı şəhəri Suraxanı rayonundan Cəfərov Fuad, 100 kq çəki dərəcəsində Sumqayıtdan Məhsimov Zöhrab, 110 kq çəki dərəcəsində Bakı şəhəri Saleh İdman Klubundan İmanov Coşqun, +110 kq çəki dərəcəsində Bakı şəhəri Riyad İdman Klubundan İsabəyov Emin  1-ci yeri qazanmışlar. Azərbaycn Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov 1-ci, 2-ci, 3-cü yerlərin sahiblərini diplom və medallarla mükafatlandırmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir