5 mart 2012 ci il Bədən tərbiyəsi və İdman günü

5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günüdür. Bu tarix prezident İlham Əliyevin “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.

Hər il oldugu kimi bu il də Respublikamızda “Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə bir sıra tədbirlər keçirildi. Bu dəfə idmançılarımız Heydər Əliyev sarayı qarşısında toplandılar. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov da iştirak etdi. Nazir bütün idman federasiyaları ilə görüşdü və öz tövsiyələrini verdi. Bütün idmançılar, həmçinin  Qol Güləşi Federasiyasının idmançıları da öz qol güclərini layiqincə nümayiş etdirdilər. Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov da çıxış edərək idmançılarımızı, eləcə də  Azərbaycan xalqını bu bayram günü münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

____________________________________________________________________________________________________________

__________________________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir