2011-ci ilin yekununa həsr olunmuş tədbir

Dekabr ayının 29-da Azərbaycan Qol Güləşi Federasiyası 2011-ci ilin yekununa həsr olunmuş tədbir keçirdi.Tədbir bir çox idmançının və regionlar üzrə təyin olunmuş nümayəndələrin iştirakı ilə  Azərbaycan Müəllimlər İnstitutunda keçirildi.Tədbirdə həmçinin, bir sıra telekanallar da iştirak edirdi. Federasiyanın Prezidenti Cəsarət Əhmədov ötən il ərzində görülmüş işlər və əldə olunmuş uğurlardan bəhs etdi.Bu uğurlardan bəhs edərkən  Cəsarət Əhmədov Türkiyədə keçirilən Avropa Çempionatını və Qazaxıstanın Alma-ata şəhərində keçirilən Dünya Çempionatını xüsusi ilə vurğuladı.Bütün bunların nəticəsidir ki,2011-ci il Federasiyamız üçün uğurlu illərdən biri olub.
___________________________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir