2011 -cil Avropa Çempionatında dopinq aşkarlandı

2011-ci ildə Türkiyənin Antalya şəhərində Qol Güləşi üzrə keçirilən  XXI Avropa Çempionatında iştirak edən  bəzi idmançıların dopinq testlərinin nəticələri pozitiv çıxdı. Beləki Həmyerlimiz Nadir Əzizbəyli ilə qol tutan Ukrainalı Eldar Appazovunda dopinq testi pozitiv nəticələndi. Nadir Əzizbəyli Eldar Appazovla qarşılaşmasında II yerə layiq görülmüşdür. Lakin dopinq testindən sonra Eldar Appazovun nəticələri ləğv olunduğu üçün  həmyerlimiz Nadir  Əzizbəyli I yerin sahibi olmuşdur.

Dopinq testinə əsasən nəticələri ləğv olunan iştirakçılar  bunlardır:

1)Merab Kakabadze(Gürcüstan)

2) İrakli Qamtenadze(Gürcüstan)

3)Eldar Appazov (Ukraina)

4) Olcay Avşar(Türkiyə)

Bu idmançıların  medalları ləğv  olunarq  2 il müddətinə idmandan uzaqlaşdırıldılar  (2011 iyul ayının 1-dən ,30 iyun 2013 ilədək )

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir