Qusar rayonunda Azərbaycan dövlət müstəqilliyinin XX-il dönümünə həsr olunmuş şəhərlərarası turnir

25-26 avqust 2011-ci il tarixində Qusar rayonununda Azərbaycan dövlət müstəqilliyinin XX-il dönümünə həsr olunmuş qol güləşi üzrə turnir keçirilmişdir. Burada Azərbaycanın bir cox bölgələrindən Quba, Qusar,  Şabran,  Xaçmaz rayonlarından və Bakı, Sumqayıt  şəhərlərindən  100 yaxın idmançı iştirak etmişdir. Turnirdə Qusar komandası 169 xalla I yerə, Xaçmaz komandası 149 xalla II yerə, paytaxt komandası isə III yerə sahib olmuşlar. Paytaxtdan yalnız 60 kq çəkidə  İlqar Musayev çempion olmuşdur. 85 kq çəkidə Salman Məmmədxanov qızıl medal qazanmağa yaxın olub ancaq rəqibi Qusarlı idmançı Rafiq Ağababyevə yenilərək  çempionluğu ona vermişdir. Gənclərarası Dünya Çempionu  Xaçmazlı Rüstəm Qurbanov , Qusarlı Avropa çempionu Pərviz Nurəliyev isə 75 kq çəkidə  çempion olmuşlar. Bunlardan başqa İmran Rzayev, Xəyal Rüstəmov, Samir Səfərbəyov, Fuad Allahverdiyev də öz çəki dərəcələrində çempionluq sevincini yaşamışlar.

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir