“Zərif güclülər” şousunun XII həftəsinin qarşılaşmalarının nəticələri

17 may 2011-ci il tarixində “Zərif güclülər” telelayihəsinin iştirakçıları  final və açıq qapı həyacanı ilə Ford fiesta  uğrunda  mübarizəni yenədə  davam etdirdilər. Belə ki, bu şouda açıq qapı elan olundu və 25 xanım idmançı arasından seçilən 4 xanım açıq qapıdan daxil olaraq hər biri özünə rəqib seçdiyi idmançını səhnəyə dəvət edərək qol tutdular. Onlardan 3-ü, yəni Səadət xanımın, Nisə xanımın və Gülnar xanımın rəqibləri məğlub oldular. Aynur xanımı qarşılaşmaya dəvət edən Raziyə xanım isə Aynur xanım üzərində qələbə çalaraq Aynur xanımı şoudan uzaqlaşdırdı və bundan sonra özü Ford fiesta uğrunda mübarizəni davam etdirdi. Sonda Gülnar xanımla Raziyə xanım qol tutdular və şounu qolu zədələndiyi üçün davam etdirə bilməyən Raziyə xanım tərk etdi.

Həmçinin bu  verilişdə  Nazilə xanımla Rəşidə xanımda  tam düzgün bir şəkildə qol tutdular. Sonda qələbəni Nazilə xanım qazandı və bununlada bütün narazılıqlar aradan qalxdı.
___________________________________________________________________________________________


___________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir