Qazax rayonunda “Respublika günü”nə həsr olunmuş turnir

Azərbaycan Qol Güləşi Federasiyasının Qazax rayon nümayəndəliyi, “Qazax Olimpik” MMC, Qazax rayon Gənclər və İdman İdarəsi, Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyi və Qazax rayon bələdiyyəsinin təşkilati dəstəyi ilə 28 may 2011-ci il tarixində Qazax Olimpiya kompleksində “28 may Respublika günü”nə həsr olunmuş QOL GÜLƏŞİ üzrə turnir keçiriləcək. Turnirdə qərb regionundan 4 komanda, ümumilikdə 100 idmançı iştirak edəcək. Turnirin qalibləri medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirin əsas məqsədi gənclərdə vətənpərvərlik hisslərini aşılamaq, gənclərin vaxtlarının səmərəli təşkili və bədən tərbiyəsinin inkişafına nail olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir