2011-ci il Respublika çempionatı

17-18 aprel 2011-ci ildə Azərbaycan Texniki Universitetinin idman zalında qol güləşi üzrə növbəti Respublika çempionatı keçirildi. Çempionatın açılış mərasimi federasiyanın baş katibi Müslüm İbrahimovun idmançıları salamlaması ilə başladı. Daha sonra AQGF-nin prezidenti Cəsarət Əhmədov iştirakçılara müraciət edərək bildirdi ki: “mən sizin həm yaxşı idmançı, həm də ədalətli və ləyaqətli vətəndaş olmağınızı istəyirəm”. Açılış mərasimi dövlət himninin səslənməsi ilə yekunlaşdı.

Bundan sonra 140 nəfər idmançının mübarizə apardığı yarışa start verildi. Çempionatda Azərbaycanın əksər bölgələrindən 17 komanda  tərkibində həm qızlar, həm də oğlanlar iştirak edirdi. 11 çəki dərəcələrində yarışaraq qalib gələn oğlanlar və 3 çəki dərəcələrində mübarizə apararaq qalib gələn xanım idmançılarımız aşağıdakılardır:

hhhhhhhOĞLANLAR: hhhhhhhhhhhhhhhhhhhhhhhhhhh QIZLAR:

55 kq – Zeynalov Vüsal

60 kq – Xəlilov Toğrul                                                            60 kq – Mehdiyeva Nisə

65 kq – Babaxanov Sərxan

70 kq – Məhsimov Zöhrab                                                  70 kq – Bayramova Aysel

75 kq – Nurəliyev Pərviz                                                     +70 kq – Qurbanova Gülnar

80 kq – Cəfərov Fuad

85 kq – Ağababayev Rafiq

90 kq – İsmayılov Şərif

100 kq – Qurbanov Kamran

110 kq – Aslanov Mirtaleh

+110 kq – İmanov Coşqun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir