“Zərif Güclülər” Telelayihəsinin açılışı

Əziz idmansevərlər!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Neftçi İdman-Sağlamlıq Mərkəzi və Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatı dəstəyi ilə Azərbaycanda ilk dəfə “Zərif Güclülər” şousu start götürdü.

Siz ölkənin Həcər biləkli, Nigar ürəkli xanımlarının, bir-birinə meydan oxuyan dəmir biləkli rəqiblərin həyəcanlı qarşılaşmalarının şahidi olacaqsınız. Qəzəbli baxışlar, gərgin mübarizə, gözlənilməz məğlubiyyət və sonda uğurlu qələbə canlı yayımda yalnız “Zərif Güclülər” şousunda. Hər həftənin çərşənbə axşamı saat 22:00-da və şənbə günü saat 21:00-da Lider TV-də canlı yayımlanacaq. Təkrarı isə çərşənbə axşamı və cümə axşamı saat 16:15-də olacaq.


__________________________________________________________________________________________

__________________________________________________________________________________________

__________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir