Qol Güləşinin tarixi

Qol güləşi ” İngilis dilindən tərcümədə “arm” və “wrestling” sözlərinin birləşməsindən yaranıb mənası “qol“ və “güləş” yəni qol güləşi deməkdir.

Qol güləşi tarixi baxımdan ən qədim idman növlərindən biri olub və bu günümüzə qədər gəlib çıxmışdır.Qol güləşi elə idman növüdür ki, hər bir insan tərəfindən sevilir. Yer üzərində elə bir insan tapmaq olmaz ki həyatında bir dəfə belə olsun qol güləşi tutmamış olsun. Qol güləşi insana sağlamlıqı bəxş etməklə yanaşı, həm də əyləncəli bir idman növüdür. Qol güləşi iddiadır, iradədir, gücdür, dözümlülükdür , zəkadır və bir başa zəka oyunları ilə bağlı bir idman növüdür.  Əslində dünyanın ən qədim və çox yayılmış idman növü olan  qol güləşinin ilk turniri 1952-ci ildə Koliforniyanın  Petaluma  şəhərində  olan Gilardinin  salonunda  təşkil edilmişdir. Bill Sobranes  adlı gənc bir  tədqiqatçı  bu müsabiqəni  təşkil etmişdir. Daha sonra qərbi Koliforniyada  Koliforniya əyalət çempionatı  təşkil edildi. Təşkil edilən ilk dünya qol güləşi çempionatı 1962- ci ildə  yenə koliforniyanın Petaluma şəhərində təşkil edildi və bu müsabiqənin ismi WWC idi və bu günümüzədək hər ilin  yazın sonlarında təşkil edilməkdədir. WWC o zamanlar  dünyanın ən yaxşı qol güləşçilərinə sahib  və kanadalıların ən çox  qatıldığı bir çempionat idi. 1967-ci ildə  iş adamı  Bob  Oleray tərəfindən  Amerikan  Qol Güləşi Federasiyası quruldu və  digər ölkələrində  dəstəyi ilə  təşkil edilən dünya çempionatı 1979- cu ildə  Kanadanın Alberta əyalətinə bağlı wetaskiwin şəhərində  təşkil edildi. Daha sonra  1980- ci ildə  Hindistanda,1981-ci ildə Brazilyada,1982 ABŞ-da,1983 Kostarikada,1984 olmadı,1985 Meksikada,1986 Hindistanda,1987 İngiltərədə,1988 İsveçdə,1989 Yunanıstanda,1990 ABŞ-da,1991 İsraildə,1992 İsveçdə,1993 Kanadada,1994 İsveçdə,1995 Brazilyada,1996 ABŞ-da,1997 Hindistanda təşkil edilmişdir.1997 ildə təşkil edilən dünya çempionatında ölkələr arasında ixtilaflara səhnə olmuş və bu ildən sonra hər il 2 ayrı dünya çempionatı təşkil edilmişdir. O ildən sonra dünya çempionatları 1998 Kanada və Misir, 1999 Rusya ve Yaponya, 2000Finlandiya və ABŞ, 2001 İtalya ve Polonya, 2002 Misir ve ABŞ, 2003 ABŞ ve Rusya, 2004 Brazilya ve  Şərqi Afrikada təşkil edilmişdir.

Azərbaycan da  Qol Güləşinin tarixindən söhbət açanda isə bizim keçmiş soy kökümüz yada düşür ilk növbədə. Çünkü qol güləşi bizdən öncələr də ulu babalarımızın sevimli məşğuliyyətlərindən  biri olmuşdur və demək olar ki  bu idman növü keçmiş soy kökümüzdən yadigar qalmışdır biz gənclərə.

Ümumiyyətlə isə Azərbaycanda qol güləşi bir idman növü kimi Sovet İttifaqında yarandıqdan sonra inkişaf etdirilməyə başlayıb. 1990-cı illərin əvvəllərində “Armwrestlinq və gir qaldırma” federasiyası yaradılıb. Azərbaycan Qol Güləşi Federasiyası 2009-cu ildən təsis olunub. Hal-hazırda Azərbaycan Qol Güləşi Federasiyası Dünya və Avropa Armwrestlinq federasiyalarının tam hüquqlu üzvüdür. Azərbaycanda federasiyanın yarandığı gündən bəri müntəzəm olaraq respublikadaxili yarışlar keçirilir. Xüsusilə federasiya rəhbərliyinin son illər apardığı məqsədyönlü işlər nəticəsində uğurlarımız artmaqda davam edir, yeni klublar yaradılır və idmançıların peşakarlıq səviyyəsi yüksəldilir. Bunun sayəsində də idmançılarımız Beynəlxalq yarışlarda uğurla çıxış edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir