19 mart 2011-ci il Novruz şənliyi

Xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibəti ilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, xoşməramlı səfir Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildikdən və BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan edildikdən sonra Novruz bayramı təkcə Azərbaycanda deyil bütün dünyada qeyd olunur.

Martın 19-da Dənizkənarı Milli Parkda təşkil edilmiş şənlikdə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etdilər. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və şənliyin digər iştirakçıları Milli Parkda təşkil edilmiş müxtəlif bölgələri təmsil edən özfəaliyyət kollektivlərinin çıxışlarını, incəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçıların nümayiş etdirdikləri səhnələri maraqla izlədilər.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun və idmançıların bayram şənliyinə qatılması tədbirə xüsusi zövq verdi. Xüsusən də qadın idmançıların qol tutması tamaşaçıların marağına səbəb oldu. Prezident İlham Əliyev idmançılardan biri ilə qol güləşdirdi. Mehriban xanım da qadın qol güləşçilərinin təklifi ilə mübarizəyə qoşuldu. İdmançılar və güləşçilərlə xatirə şəkli çəkdirildi.

__________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir