5 mart 2010-cu il Bədən tərbiyəsi günü

5 mart Bədən tərbiyəsi və idman gününü Azərbaycanın idman ictimaiyyəti bir sıra bayram tədbirləri ilə qeyd etdi. Bu münasibətlə Milli Parkda idmançıların nümunəvi çıxışları təşkil olunmuşdu. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və digər əlaqədar təşkiltaların rəhbər vəzifəli şəxslərinin tədbirə qatılması xüsusi canlanmaya səbəb oldu. Belə ki, Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov və digər rəsmi şəxslər idmançıların çıxışlarını izləmiş, onları bayram münasibətilə təbrik etmişlər. Gənclər və İdman Naziri Azad Rəhimov Qol Güləşi Federasiyasının köşkünə yaxınlaşaraq öz güclərini sınayan idmançıların çıxışlarını maraqla izləmiş və idmançılarla xatirə şəkli çəkdirmişdi.

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

___________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir