Qol Güləşi üzrə 2010-cu il Dünya çempionatı
Qol Güləşi üzrə XXXII Dünya Çempionatı 05-11 dekabr 2010-cu ildə Amerikanın Las-Veqas şəhərində keçirildi. Bu mötəbər yarışda Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları da iştirak etdi. Dünya çempionatında ölkəmizi müxtəlif çəki dərəcələrində Respublika çempionu olmuş idmançılar təmsil etdilər. Las-Veqasa Federasiyanın prezidenti Cəsarət Əhmədovun rəhbərliyi ilə adları qeyd olunan 9 idmançı yola düşdü.
1) Minabəddin Qurbanov
2) Zöhrab Məhsimov
3) Sərxan Babaxanov
4) Müslüm İbrahimov
5) Kamran Qurbanov
6) Rüstəm Qurbanov
7) Rafiq Ağababayev
8)Vadim Əkbərov
9) Şərif İsmayılov
İdmançılarımız Vətənə 2 Qızıl, 1 Gümüş və 2 Bürünc medalla döndülər.
80+ kq çəki dərəcəsində – sağ əldə – Rüstəm Qurbanov – qızıl medal
80+ kq çəki dərəcəsində – sol əldə – Rüstəm Qurbanov – qızıl medal
100+ kq çəki dərəcəsində – sağ əldə – Minabəddin Qurbanov – gümüş medal
100+ kq çəki dərəcəsində – sol əldə – Minabəddin Qurbanov – bürünc medal
65 kq çəki dərəcəsində – sağ əldə – Vadim Əkbərov – bürünc medal
“Çempion” ləqəbi ilə ölkəmizdə tanınan idmançımız Rüstəm Qurbanov XXXII Dünya çempionatında həm sağ, həm də sol əldə bütün rəqiblərini geridə qoyaraq əsl “ÇEMPİON” olduğunu bütün dünyaya bir daha sübut etmiş oldu.
_______________________________________________________________________________________
_______________________________________________________________________________________
________________________________________________________________________________________
_______________________________________________________________________________________
Bir cavab yazın