Qol Güləşçilərinin “Fəxri Xiyaban”a ziyarəti

05 dekabr 2010-cu il tarixində Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları qol güləşi üzrə XXXII dünya çempionatında iştirak etmək üçün 10 nəfərlik heyətlə ABŞ-a yola düşəcəklər. Ənənəyə uyğun olaraq idmançılar və federasiyanın əməkdaşları səfər öncəsi ümummilli lider Heydər Əliyevin, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və milli qəhrəmanımız Mübariz İbrahimovun məzarını ziyarət etmişlər. AQGF-nin prezidenti Cəsarət Əhmədov bu ənənənin əhəmiyyətini xüsusi qeyd etmiş, idmançılarımızın ruh yüksəkliyinə təsirini vurğulamışdır. Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək 32-ci dünya çempionatı dekabrın 5-dən 11-dək davam edəcək.

__________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir