2010-cu il Avropa Çempionatı

31.05.2010 və 06.06.2010-cu il tarixlərində Rusiyanın Moskva şəhərində  XX Avropa Çempionatı keçirildi. Yarışda ölkəmiz 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunub. 22 ölkənin qatıldığı yarışda Azərbaycan yığması 3-ü qızıl, 1-i gümüş, və 3-ü bürünc olmaqa 7 medal qazanaraq  komanda hesabında 9-cu, Master kateqoriyasında isə 2-ci yerə sahib oldu. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov idmançılarımızın Avropa Çempionatındakı çıxışlarını yüksək qiymətləndirərək əldə olunan nəticələrdən razı qaldığını bildirib.

Minabəddin Qurbanov – sağ və sol əllə 2 qızıl

Rüstəm Qurbanov – sol əllə 1 qızıl, sağ əllə 1 gümüş

Vadim Əkbərov – sağ əllə 1 bürünc

Müslüm İbrahimov – sağ və sol əllə 2 bürünc medal qazanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir