Hərəyə bir ağac əkək

Ölkə başçısı, prezident İlham Əliyevin göstərişi ilə 2010-cu ilin “Ekologiya ili ” elan olunması çərçivəsində Gənclər və İdman Nazirliyinin kollektivi, gənclər təşkilatları, federasiya nümayəndələri Hövsan Olimpiya Kompleksinin ətrafında 1000-ə qədər ağac əkdi. Gənclər və İdman naziri Azad Rəhimovun da qatıldığı tədbirdə 200-dən çox adam iştirak edirdi. Tədbirə qoşulmuş idman federasiyaları arasında Qol Güləşi Federasiyası da var idi. AQGF-nin prezidenti Cəsarət Əhmədov başda olmaqla federasiyanın əməkdaşları və idmançılar Gənclər və İdman Nazirliyinin bu təşəbbüsünə böyük həvəslə qoşulmuşdur. Sevindirici haldır ki, AQGF bu tədbirdə ən çoxsaylı kollektivlə təmsil olunmuş təşkilatlardan biri idi.

___________________________________________________________________________________________

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir