Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının XV Konqresi
2009-cu il dekabr ayının 13-də Bakıda Avropa Ədalətli Oyunlar hərəkatının XV konqresi öz işinə başladı. Açılış mərasimində Gənclər və İdman naziri A. Rəhimov ölkə prezidenti cənab İlham Əliyevin konqresə ünvanladığı müraciətini iştirakçılara çatdırdı. 40-dan artıq ölkənin üzv olduğu Hərəkatın bu konqresi mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və tolerantlığın bərqərar olması kimi aktual problemlərə həsr olunmuşdu.
AQGF-nın prezidenti Cəsarət Əhmədov konqresdə çıxış edərək millətlərarası münaqişələrin həllində idman faktorunun əhəmiyyətini xüsusi qeyd etmişdir: “İdman millətlərarası yaxınlaşma işinə çox böyük töhvələr verir və bu istiqamətdə daha geniş imkanlar perspektivinə malikdir”.
___________________________________________________________________________________________
___________________________________________________________________________________________
____________________________________________________________________________________________
Bir cavab yazın