AQGF-nin ilk jurnalının çapı

2009-cu ilin oktyabr ayında Qol Güləşi Federasiyasının rəsmi orqanı olan”Qol Güləşi” idman jurnalının ilk sayı çapdan çıxmışdır. Təbii ki, jurnalın əsas məqsədi qol güləşi idman növünü daha yüksək səviyyədə təbliğ etmək, bu idmanın ölkəmizdə daha çox kütləviləşməsini təmin etməkdir. Burada dünya və avropa çempionatlarına aid olan ən həyəcanlı fotogörüntülər, geniş reportajlar və peşəkar mütəxəssis şərhləri qeyd olunmuşdur. Jurnal 5000 tirajla nəşr olunmuş və pulsuz olaraq dünyanın bir çox ölkələrinə, respublikanın bütün regionlarındakı idmansevərlərinə paylanılmışdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir