25-26 aprel 2009-cu il Respublika Çempionatı
2009-cu ilin Qol Güləşi üzrə Respublika Çempionatı 25-26 aprel tarixlərində keçirildi. Yarışda 14 komanda tərkibində 157 nəfər idmançı iştirak etdi. 11 çəki dərəcəsində yarışan idmançılardan Respublika çempionu olanlar Beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazandılar. Ölkəmizin Avropa və Dünya çempionatlarında ən layiqli və ən güclü idmançılarla təmsil olunması işi AQGF rəhbərliyinin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdəndir. Buna görə də ölkədaxili yarışların Dünya və Avropa standartlarına uyğun olaraq keçirilməsi istiqamətində federasiya tərəfindən intensiv iş aparılır.
Bir cavab yazın