5 Mart 2009-cu il Bədən tərbiyəsi günü
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2005-ci il martın 4-də verdiyi “Bədən tərbiyəsi və idman gününün təsis edilməsi haqqında” Sərəncama əsasən hər il 5 mart “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfi deyildir. 1995-ci ilin həmin günü ulu öndərimiz, Azərbaycan idmanının himayədarı Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanının inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmişdir. Beləliklə hər ilin 5 Mart tarixi İdman günü kimi qeyd olunur.
5 mart Bədən tərbiyəsi və idman gününü münasibətilə Milli Parkda tədbir təşkil olundu. Tədbirdə iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov Qol Güləşi Federasiyasının köşkünə yaxınlaşaraq öz güclərini sınayan idmançıların çıxışlarını maraqla izləmiş və idmançılarla xatirə şəkli çəkdirmişdi. Federasiyanın prezidenti Cəsarət Əhmədovla söhbət edən nazir federasiyanın hazırkı durumu, gələcək planları, həmçinin “Güclülər Liqası” adlı telelayihəsi ilə də maraqlanmış və bu layihəni dəstəklədiyini bildirmişdi. Sonda idmançılara və ümumilikdə federasiyaya uğurlar arzulayan nazir müasir gənclik və gənclər üçün idmanın vacibliyini vurğulayaraq gənclik və idman məfhumlarının ayrılmaz varlıq olduğunu bildirmişdi.
Bir cavab yazın