AQGF prezidenti Cəsarət Əhmədov milli yığma komandanı Kişinyova yola saldı

Avqustun 16-da Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov milli yığma komandanın üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Moldovanın paytaxtı Kişinyov şəhərinə yola saldı. İdmançılarımız Kişinyovda Dünya Armrestlinq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Qol güləşi üzrə 45-ci rəsmi Dünya çempionatında ölkəmizi təmsil edəcəklər. Yığma komanda 7 nəfər idmançı və 1 nəfər nümayəndədən ibarət heyətlə yola düşüb.
Qeyd edək ki, Azərbaycan idmançılarının bu dünya çempionatında iştirakı üçün tələb olunan bütün xərcləri də Cəsarət Əhmədov öz şəxsi vəsaitləri hesabına ödəyib.
Bütün idmançılarımıza uğurlar diləyirik!455180603_3729810690637404_1126384559679965325_n 455290030_3729810673970739_5173143420939933871_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir