“Heydər Əliyev ili” çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətində Qol güləşi üzrə yarış keçirilib

20 noyabr 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində, Ədliyyə orqanlarının 105 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşlarının və Alayda həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə Qol güləşi turniri keçirilib.

        Yarış Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) təşkilati dəstəyi ilə Penitensiar xidmətin Mühafizə alayının idman zalında keçirilib. Beynəlxalq qaydalara uyğun keçirilən yarış federasiyanın peşəkar hakim heyəti tərəfindən idarə edilib. Tədbirdə çıxış edən AQGF prezidenti Cəsarət Əhmədov Penitensiar xidmətin əməkdaşlarını və onların timsalında ölkənin bütün ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib. Həmçinin federasiya prezidenti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliği, eləcə də hərbi xidmət keçən gənc nəslin milli vətənpərvərlik ruhlarının daha da möhkəmləndirilməsi baxımından belə yarışların əhəmiyyətini qeyd edib və bildirib ki, Azərbaycan gəncliyi hər zaman fiziki və mənəvi baxımdan sağlam yetişməli və daim dövlətimizin və dövlətçiliyimizin yanında olmalıdır. Sonda Cəsarət Əhmədov belə yarışların gələcəkdə cəzaçəkmə müəssisələrində də keçirilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırıb.

VSL_9390 VSL_9369 VSL_9364 VSL_9358 VSL_9353 VSL_9273 VSL_9218 VSL_9188 VSL_9157 VSL_9150 VSL_9081 VSL_9073 VSL_9053 VSL_9043

https://youtu.be/WQb8gXXMwzI?si=mzDA_CdfxvkSJVOw

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir